Azərbaycan çempionatının başa çatmasına iki tur qaldı

03.12.2015 | 2517 dəfə oxunub

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının (birinci dəstə) başa çatmasına 2 tur qalıb.

Stadium.az xəbər verir ki, yeddinci turda Rəşad Zeynallı və Elvin Bayramov qarşılaşması birinci tərəfin xeyrinə başa çatıb. Əhməd Əhmədzadə isə Ramil Cavadov üzərində qələbə qazanıb. Məhəmməd İsmayılov və Cahangir Niftəliyev sülh bağlayıblar. Bu turda digər heç-heçə ilə nəticələnən oyunlar Kənan Qarayev və Nərmin Söyünlü, Mirmusa Feyziyev və Elnur Mehtiyev arasında qeydə alınıb. Andrey Mustafin Çingiz Rzayevi, Fariz Əhmədov isə Fərid Mustafayevi məğlub edib. Fərid Aslanov qara fiqurlarla Zeynal Eyyubov üzərində qələbə qazanıb. Telman Feyzullayev isə Ramis Bağırovu məğlub etməyə müvəffəq olub.

Beləliklə, 7 turdan sonra Əhməd Əhmədzadə və Rəşad Zeynallı hərəyə 5 xal toplayaraq turnir cədvəlinə liderlik edirlər. Elvin Bayramov, Ramil Cavadov və Andrey Mustafin 4,5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər. Çingiz Rzayev, Cahangir Niftəliyev, Fariz Əhmədov və Məhəmməd İsmayılov 4 xal toplayaraq ilk onluqda qərarlaşıblar.

Yarışda ilk üç yerləri tutan şahmatçılar 2016-cı il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanacaqlar.

Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail