2018-ci il dünya çempionatı oyunlarının başlanma vaxtı təsdiqlənib

04.12.2015 | 2565 dəfə oxunub

FİFA-nın İcraiyyə Komitəsi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı oyunlarının başlanma vaxtını təsdiqləyib.

Stadium.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, açılış və final oyunu Moskva vaxtı ilə saat 18:00-da, bürünc medallar uğrunda görüşlər isə saat 17:00-da başlayacaq.

Qrup mərhələsinin oyunlarının saat 15:00, 18:00, 21:00 (iyunun 16-sı saat 13:00, 16:00, 19:00 və 22:00), 1/4 final oyunlarının saat 17:00 və 21:00-da, yarımfinal oyunlarının isə saat 21:00-da start götürəcəyi qərara alınıb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Final qarşılaşması Moskva şəhərindəki “Lujniki” stadionunda oynanılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail