Karate birinciliyi: 31 klubu təmsil edən 400-dək idmançı mübarizə aparır

05.12.2015 | 2563 dəfə oxunub

Dekabrın 4-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 16-cı, böyüklər arasında isə 23-cü respublika çempionatına start verilib.

Stadium.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda paytaxtın və respublikanın digər bölgələrinın 31 klub və məktəblərindən ümumilikdə 395 karateçı mükafat uğrunda mübarizəyə qatılıb. Budəfəki çempionatda ilk dəfə olaraq paralimpiyaçı karateçilər də yarışda iştirak edirlər.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, idmanın bu növünə həvəs göstərən yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır. O vurğulayıb ki, bu gün idman ölkəsi kimi tanınan Azərbaycanda mötəbər yarışların təşkil edilməsi üçün Azərbaycan dövləti tərəfindən hər cür dəstək göstərilir. Bütün bu müsbət göstəricilərin Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində əldə olunduğunu deyən Y.Bəşirov beynəlxalq yarışların paytaxtımızda bundan sonra da yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib. Federasiya rəhbəri çempionat iştirakçılarına uğurlar arzulayaraq turniri açıq elan edib.

Çempionatda 14-21 yaş qruplarında yeniyetmə və gənc karateçilər arasında kata və kumite yarışlarında qaliblər müəyyənləşib. Bu yaş qruplarında fəxri kürsüdə yer alan idmançılar mükafatlandırılıb. Medal qazananlar arasında fiziki qüsurlu karateçılər də yer alıb.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayevdir.

Turnirə dekabrın 5-də keçiriləcək böyüklər arasında 23-cü respublika çempionatı ilə yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail