Azərbaycan cüdoçusu Yaponiyadan bürünc medal qazandı

07.12.2015 | 2375 dəfə oxunub

Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Stadium.az xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov bürünc medala sahib olub.

E.Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyffer və kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Üçüncü yer uğrunda görüşdə E.Qasımov Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.

Digər təmsilçimiz Elxan Məmmədov (100 kq) isə ilk görüşdə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatılan yığma komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail