Dəhşətli hadisəyə idman camiəsi də susmadı

07.12.2015 | 2535 dəfə oxunub

05.12.2015 – bu tarix hər kəsin yaddaşına qara gün kimi həkk olundu. Həmin tarixdə “Günəşli” yatağında baş verən qəzada onlarla insan həyatını itirdi, onlarla insan itkin düşdü. Bu hadisədən hər bir azərbaycanlını sarsıtdı.

 

Həmin hadisəyə görə dövlət başçısının əmri ilə ölkədə matəm elan edildi. Bu hadisəyə idman camiəsinin üzvləri də laqeyd qalmadı.


Stadium.az xəbər verir ki, idmançılarımız həmin hadisə ilə bağlı sosial şəbəkələrdə Azərbaycan xalqına, ölənlərin ailəsinə başsağlığı verdilər.

 

2 qat paralimpiya çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev nəzarətində olan “facebook” səhifəsindən üzərində “Günəşli” yatağında baş vermiş qəzada dünyasını dəyişmiş qardaşlarımıza ALLAH rəhmət eləsin. Ailələrinə və yaxınlarına Allah səbir versin” sözləri yazılmış şəkil paylaşıb. Özü isə şəkilə belə rəy yazıb: “Deməyə söz yox, çünki heç bir ifadə onları ailələrinə qaytarmayacaq”.

 

Tanınmış “K1” döyüş ustası Zabit Səmədov da hadisə ilə bağlı öz “instagram” səhifəsində şəkil paylaşıb. Şəkilin üzərində ingilis dilində “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”ı qeyd edilib.

 

“Qəbələ” idman klubu da bu hadisəyə laqeyd qalmayıb. Klubun rəsmi “instagram” səhifəsində hadisə ilə bağlı baş sağlığı çatdırılıb: “Qəbələ” İdman Klubu dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı diləyir. Allah rəhmət eləsin”.

Bundan əlavə “Qəbələ” futbol klubunun oyunçuları Azərbaycan Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la baş tutan oyundan öncə meydana neftçi “kaska”sı ilə çıxıblar və bir anlıq sükutla yad ediblər.

 

London Paralimpiya oyunlarının qalibi Ramin İbrahimov da qəzada ölənlərlə bağlı başsağlığını çatdırıb və sosial şəbəkədə hadisəyə aid şəkil paylaşıb.

 

22 qat dünya çempionu, kikboksçu Eduard Məmmədov da sosial şəbəkədəki hesablarından ölənlərə Allahdan rəhmət diləyib. İdmançının “Allah rəhmət eləsin” sözləri ilə paylaşdığı şəkildə də “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”ı yer alıb.

 

Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev də sosial şəbəkə vasitəsi ilə hadisədə ölənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyib: “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəzada həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Ailələrinə səbr və dözüm arzulayırıq. Başın sağ olsun, Vətən!”

 

Hazırda Amsterdamda olan kikboks üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev də sosial şəbəkə vasitəsi ilə hadisədə ölənlərə Allahdan rəhmət  diləyib. Üzərində qara lent olan və “Allah rəhmət eləsin!” sözləri yazılmış şəkil paylaşıb.

 

Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov da sosial şəbəkədə hadisə ilə bağlı “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”lı şəkil paylaşıb.

 

Taekvondo üzrə dünya və Avropa çempionu, ATF-nin milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev də sosial şəbəkədə üzərində “Allah rəhmət eləsin” sözləri yazılmış şəkil paylaşıb. Publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail