Elmar Qasımov: “Böyük dəbilqə”nin medalı mənə çox lazım idi

07.12.2015 | 2427 dəfə oxunub

Azərbaycanlı cüdoçu Elmar Qasımov (100 kq) Tokioda “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanaraq bu ilin yarış mövsümünə nöqtə qoyub. O, yarımfinalda ev sahibi Haqa Rinosukeyə uduzaraq, üçüncü yer uğrunda qazaxıstanlı idmançıya qarşı uğurla mübarizə aparıb. İdmançı Azərbaycanın Cüdo Federasiyasına müsahibəsində son reytinq startlarında uğurları və bir çox başqa məsələlər barədə danışıb.

-Sindao və Cecuda Qran-pri yarışında bürünc medal əldə etdikdən sonra Tokioda mübarizə aparmaq Sizə çətin olmadımı?

-Yorğunluq, praktiki olaraq yoxdur, bərpa normal keçir. Son ay ərzində ardıcıl keçirilən reytinq turnirlərində nəticə göstərmək lazım idi. Odur ki, Tokioda əlimdən gələni etdim. Üçüncü yer uğrunda Maksim Rakovla qarşılaşma əsl çarpışma oldu.

-Yeri gəlmişkən, əvvəllər də qarşılaşdığınız sabiq dünya çempionu ilə budəfəki tutaşmanın taktikası necə idi?

-Rakovu üstələmək olduqca çətindir. Son vaxtlar onun üsulu dəyişib, çəkisi artıb. Əgər rəqib əvvəllər əsasən fəndlərə üstünlük verirdisə, indi ən yaxşı tutaşmaları fiziki keyfiyyətləri hesabına həll edir. Bu vəziyyətdə mübarizəni elə qurmaq lazım idi ki, onu çaşmağa vadar edəsən. Həm də Rakovu daim qabaqlamaq, ona əl-qol açmağa imkan verməmək lazım idi. Sonda hər şeyi rəqibə ünvanlanan xəbərdarlıq həll etdi. Demək olar ki, plan baş tutdu.

-Son üç həftədə Siz Sindao və Cecuda Qran-pri yarışında, Tokioda “Böyük dəbilqə”də üç bürünc medal qazanmısınız. Mükafatlardan hansı Sizin üçün daha əhəmiyyətlidir?

-Klassiklərdən biri deyib ki, yadda qalan sonuncu olur. Ona görə də Yaponiyada uğur qazanmağım mənim üçün xüsusilə qiymətlidir. Bu, hər halda mövsümün son startı idi və hamı fərqlənmək istəyirdi.

-Bu nəticə həm də reytinqdə mövqeyinizi möhkəmləndirəcək...

-Bax, elə mən də bunu deyirəm. Ona görə də bu medal mənə çox lazım idi. Bununla yanaşı, xatırlayıram ki, Tokioda “Böyük dəbilqə” yarışında komanda sonuncu dəfə dörd il əvvəl fərqlənib. O zaman Kifayət Qasımova (57 kq) üçüncü yeri tutmuşdu.

-Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

-Monqolustana toplantıya yola düşəcəyik. Komanda artıq oradadır. Elxan Məmmədovla (100) mən uşaqlara qoşulacağıq. Ali məqsəd – Olimpiada uğrunda gərgin məşq etmək lazımdır. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail