Azərbaycan çempionatı başa çatdı

08.12.2015 | 2622 dəfə oxunub

Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının birinci dəstəsində yarışlar yekunlaşıb.

Stadium.az xəbər verir ki, yarışda 2014-cü ildə birinci dəstənin 5, Bakı çempionatının 5, seçmə yarışın 3, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14, 16, 18 və 20 yaş), dünya və Avropa çempionatlarının medalçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır.

Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayan idmançılar iştirak hüququ qazanıblar.

Sonuncu turda Əhməd Əhmədzadə Çingiz Rzayevi, Rəşad Zeynallı isə Fariz Əhmədovu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıblar. Andrey Mustafin və Elvin Bayramov isə heç-heçə edərək hərəyə 6 xal toplayıblar.

Beləliklə, Əhməd Əhmədzadə və Rəşad Zeynallı 1-2-ci yerləri bölüşdürüblər. Əhməd Əhmədzadə əlavə göstəricilərə görə, yarışın qalibi adını qazanıb. Elvin Bayramov və Andrey Mustafin isə 3-4-cü yerləri bölüşdürüblər. Elvin Bayramov əlavə göstəricilərə üçüncü yerin sahibi olub. Fərid Aslanov isə 5,5 xalla beşinci yerdə qərarlaşıb.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionatda ilk üç yeri tutan şahmatçılar gələn il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanıblar.

Qeyd edək ki, çempionatın qalibi Əhməd Əhmədzadə əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail