İdmançılarımız Avropa kubokunu qazandılar

08.12.2015 | 2380 dəfə oxunub

Dekabrın 6-da Polşanın Tarçin şəhərində döyüş sənəti üzrə Avropa kuboku yarışları keçirilib. Turnirdə Azərbaycan idmançıları iki qızıl medal qazanıb.

Stadium.az xəbər verir ki, bu yarışlarda respublikamızı Vüqar Əzimov və Süleyman Məmmədli təmsil edirdi.

90 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan nümayəndələri arasında Avropa kuboku qazanmış ilk idmançı olub. Vüqar Əzimov “universal döyüş” nominasiyasında Danimarka, Polşa və Çexiyanı təmsil edən rəqiblərindən daha güclü olduğunu sübut edərək Avropa kuboku qazanıb.

Bu beynəlxalq turnirdə daha bir həmyerlimiz – xapki-do üzrə 10-cu dan və qara kəmər sahibi Süleyman Məmmədli də qalib gəlib. Eyni zamanda Vüqar Əzimovun şəxsi məşqçisi olan Süleyman Məmmədli veteranlar arasında Avropa kuboku qazanıb.

Turnirdə 15 ölkəni – Azərbaycan, Danimarka, Polşa, Moldova, Ukrayna, Almaniya, İtaliya, Macarıstan, Slovakiya, Çexiya, Belçika və başqa dövlətləri təmsil edən 500-dən çox idmançı iştirak edib.

Bu turnir cari mövsümdə Azərbaycan döyüşçüləri üçün sonuncu yarış olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail