"Çempionatın ümumi mükafat fondu 30 min avrodan çox olacaq"

08.12.2015 | 2549 dəfə oxunub

Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatının mükafat fondu 30 min avrodan çox olacaq.

Stadium.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə yarışların direktoru Nikolay Zarubitski dekabrın 8-də mətbuat konfransında məlumat verib.

N.Zarubitski deyib: “Ölkəmizdə ilk dəfədir ki, yüksək səviyyəli şahmat turniri keçirilir. Çempionatın ümumi mükafat fondu 30 min avrodan çox olacaq. İştirakçıların coğrafiyası çox genişdir. 31 ölkədən müraciətlər daxil olub. Blits yarışlarında 675, rapiddə 802 şahmatçı iştirak edəcək. Qeyd edim ki, şahmatçıların çoxu hər iki növdə yarışacaq. Belə irimiqyaslı tədbiri keçirmək üçün İdman Sarayı daha münasibdir. Kompleksdə istər internet, istərsə də digər infrastruktur Avropa Şahmat Federasiyasının çox ciddi tələblərinə uyğundur”.

Mətbuat konfransında təsdiq edilib ki, çempionatın əcnəbi iştirakçılarına pulsuz vizalar veriləcək. Turnirin direktoru vurğulayıb ki, Minskin mərkəzində inkişaf etmiş infrastruktur (dünya səviyyəli otellər, ticarət və əyləncə mərkəzləri) 2015-ci ildə blits və rapid üzrə Avropa şahmat çempionatının keçiriləcəyi şəhərin müəyyən olunmasında öz rolunu oynayıb.

Dekabrın 18-dən 20-dək keçiriləcək blits və rapid üzrə Avropa çempionatı son 15 ildə Belarus şahmat tarixində əhəmiyyətli turnirdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail