Çinlilər Kobi Brayantın surətini çıxartdılar- VİDEO

09.12.2015 | 2687 dəfə oxunub

Çinli tələbələr qeyri-adi yaradıcılıqla bütün dünyaya səs sala bilib.


Publika.az xəbər verir ki, tələbələr qarda məşhur basketbol ulduzu, “Leykers”in əfsanəsi Kobi Brayantın portretini çəkib. Bu şedevri yaratmaq üçün 4 saat vaxt sərf olunub. Tələbələr Kobinin portretini basketbol meydançasında “əbədi 24” sözləriylə çəkib. İdeya müəllifi olan 2-ci kurs tələbəsi və həm də gələcəyin heykəltəraşı Vey Soydun təşəbbüs haqda bunları deyib:

“Kobi üçün nəsə etməyi çoxdan düşünürdüm. Amma hələ təqaüdə çıxmadığı üçün gözləyirdim. Artıq onun sonuncu mövsümünü keçirdiyini bilirik. İnternetdə Kobinin yaxşı şəkillərini axtardım. Eləsini axtarırdım ki, hazırda olduğu kimi görünsün”.

Soydun 8 nəfərlik qrupla 4 saata bu işi bacarıb. Hərə əlinə bir bel alaraq qarın üstündə Brayantı təsvir etmək üçün işləyib. Bəs niyə məhz Kobi Brayant?

“Qara Mamba” ləqəbli basketbolçu Çində çox populyardır. 2013-cü ildə bu ölkəyə səfəri zamanı 15 minə yaxın pərəstişkarı Brayantı görmək üçün küçələrə axışmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail