Azərbaycan millisi təlim-məşq toplanışına start verdi

09.12.2015 | 2287 dəfə oxunub

2015-ci il dünya çempionatını uğurla başa vuran boks üzrə Azərbaycan milli komandası bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib.

Stadium.az xəbər verir ki, Dohada keçirilən dünya çempionatında uğur qazanan idmançılarımız Azərbaycan Boks Mərkəzində qarşıdan gələn 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirirlər. Lisenziya xarakterli turnirlərə hazırlaşan təmsilçilərimiz məşqçilərin tapşırıqlarına əsasən, həm fiziki, həm də texniki prosesləri yerinə yetirirlər. Komandamızın heyətində Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev, Tayfur Əliyev (hər ikisi 56 kq), Albert Səlimov, Elvin İsayev (hər ikisi 60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulkadir Abdullayev (91 kq) məşqlərini davam etdirirlər. Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov isə artıq zədəsini sağaltmaq üzrədir.

Komandanın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirib. Qeyd edib ki, komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazanıblar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçiriəcək Olimpiya Oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik.

Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq. azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail