“Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm"

09.12.2015 | 2258 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Tural Axundov “Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olub.
 
Stadium.az xəbər verir ki, komandaın kapitanı Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində matçda (2:2) hesabı bərabərləşdirməklə, yubiley qoluna imza atb. Bununla da, “sarı-göylər” Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komanda olub.
 
Axundov tarixə düşməsi haqda klubun rəsmi saytına açıqlama verib: “Əvvəlcə deyim ki, qolumu azarkeşlərimizə həsr edirəm. Arzu edirəm ki, qollarımızın davamı gəlsin və sayı artıraq. İnşallah, bu da olacaq. “Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm. Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdir”. 
“Kəpəz”in 300-cü səfər qolu yubileylə yanaşı, həm də komandanı məğlubiyyətdən xilas edib. Matçın son anlarında rəqib futbolçunun əllə oyununa görə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən kapitan yekun nəticəni təyin edərək komandasına bir xal qazandırıb: “Topun arxasına keçəndə özümə əmin idim ki, qol vuracağam. Məşqlərdə həmişə belə zərbələrin üzərində işləyirəm və yaxşı da alınır. Baş məşqçimiz Şahin Diniyev də bildirmişdi ki, penalti zərbəsi olsa, mən vurum. Təbii ki, məsuliyyət böyük idi. Xüsusən də 11 metrlik oyunun sonunda, özü də hesabda geridə olan vaxt təyin olunursa, hökmən soyuqqanlı olmalısan”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail