Rizvan Fərzəliyev: "Qrup birincisi olmaq bizim üçün çox vacibdir"

10.12.2015 | 2336 dəfə oxunub

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev dünya çempionatının seçmə mərhələ oyunları öncəsi sualları cavablandırıb.


- Seçmə mərhələyə necə hazırlaşmısınız?
- Bizə yardımçı olmaq üçün ispaniyalı mütəxəssis dəvət olunmuşdu. O, bizim həm taktiki, həm də fiziki hazırlığımıza kömək etdi. İki yoxlama oyunu keçirdik. Komandanın tam hazır olduğunu demək olar. Uşaqlar formadadırlar. İsveçlə ilk oyundaca qələbə qazanmaq istəyirik.

- Tino Peres güclü rəqiblərlə yoxlama oyunu keçirməməkdən gileylənirdi. Bu, hazırlığa nə dərəcədə təsir edib?
- Əlbəttə, daha güclü komandalarla qarşılaşmağımız yaxşı olardı. Bu, bizə daha çox fayda verərdi. Güclü komandalarla oyunlar problemləri üzə çıxarır. Amma zəif komandalarla görüşlərdə az səhvə yol verirsən. Ona görə də nə dərəcədə yaxşı hazır olduğunu bilmirsən. Bu mənada baş məşqçimizlə razıyam.

- Yerli futzalçılarla iki yoxlama oyunu Azərbaycan yığmasına nə verdi?
- Taktiki baxımdan bəzi yenilikləri yoxladıq. Amma müdafiə baxımından çatışmazlıqların qaldığını düşünürəm.

- Komandaya daha iki braziliyalı dəvət olundu. Onlar komandamız gücləndirib?
- Bizim iki fərqli dördlüyümüz var. Bu, çox vacibdir. Əvəzləyəcək oyunçularımız da var. Təbii ki, bu, komandanın daha da güclənməsindən xəbər verir.

- Rəqibləri yaxşı analiz edə bilmisiniz?
- Rəqiblər barədə hər şeyi baş məşqçi oyundan öncə bizə məlumat verəcək. İsveçlə bir dəfə qarşılaşmışıq. O vaxt onlarda yeni komanda yaranırdı. Belarusu yaxşı tanıyırıq. Xorvatlarla çoxdandır oynamırıq. Onlarla yalnız son turda oynayacağımızı nəzərə alsaq, meydan sahiblərini o vaxtadək daha yaxşı tanımaq şansı qazanacağıq.

- İlk oyunu reytinqinə görə qrupumuzun ən zəif komandasına qarşı keçirməyiniz nə dərəcədə yaxşıdır?
- Belə daha yaxşıdır. Çünki ilk oyun həmişə vacibdir. Qələbə daha güclü rəqiblərlə oyun öncəsi komandada atmosferi daha da yaxşılaşdıracaq. Belarus üzərində də qələbə qazansaq, qrupda ikinci yeri özümüzə təmin edəcəyik. Belədə, xorvatlarla liderlik uğrunda sakitcə mübarizə aparmaq olar.

- Meydan sahiblərindən birinci yeri ala biləcəksiniz?
- Bu, bizim hədəfimizdir. Qrupdan birinci yerlə çıxmaq bizim üçün vacibdir. Əks halda pley-offda Rusiya, İtaliya, Portuqaliya və İspaniya ilə mübarizə aparmaq məcburiyyətində qalacağıq. Elə olsa, dünya çempionatının final mərhələsinə çıxmaq çox çətin olacaq. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail