​Rəşad Sadiqov: "Bu xəbər özümə də pis təsir etdi"

11.12.2015 | 3404 dəfə oxunub

"İlk qolu biz vursaydıq, tam başqa futbol ola bilərdi. Çünki "Borussiya" ilə oyunda da belə bir epizod oldu. Həmin oyunda ilk təhlükəli epizodları biz yaratdıq, amma bəxtimiz gətirmədi". 
Stadium.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ı ilə oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib.

Komandasının hücumlarından sonra rəqibin ayıldığını və "qırmızı-qaralar"da yorğunluğun hiss olunduğunu bildirən yarımmüdafiəçi yaxşı çıxış etmək üçün təcrübələrinin çatmadığını söyləyib: "Oyunda ilk təhlükəli epizodları biz yaratdıq, amma alınmadı. Nəticədə belə oldu. Ondan sonra komanda ayıldı və qələbə qazandılar. İlk dəfədir ki, qrup mərhələsində çıxış edirik. Üstəlik, komandada bir az yorğunluq da vardı. İki-üç gündən bir oyun keçiririk".

32 yaşlı futbolçu geridə qalan oyunlara baxanda peşman olduqlarını deyib: 

"Krasnodarda daha yaxşı oynamışdıq. Hakim iki qolumuzu saymadı və bir dəfə də top tirə tuş gəldi. Çalışacağıq ki, Avropa Liqasında davamlı çıxış edək. Qrupa düşüb sonra kənarda qalmaq bir az pis görünür. Rəhbərliyin yaratdığı belə şəraitlə davamlı qrupda oynamalıyıq. Hər il olmasa da, ən azı iki mövsümdə bir dəfə komanda qrupa düşməlidir. Qrup mərhələsi çox yaxşı təcrübə oldu. Yaxşı nəticə qazana bilməsək də, mənə elə gəlir ki, yaxşı təcrübə topladıq. Bu da komandaya gələcək oyunlarda daha yaxşı çıxış etməkdə kömək olacaq".

R.Sadiqov komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Özüm də bu barədə mətbuatdan oxumuşam və bir az təəccübləndim. Rəhbərliklə də danışdım, mənim müqaviləm yaya qədərdir. Özümə də pis təsir etdi. Şoka düşdüm ki, müqaviləm əlimdə ola-ola yazırlarki müqavilə müddəti qurtardı. Yayda isə məşqçilər, rəhbərlik necə lazım biləcəksə, o da olacaq".

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb. report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail