Rəsul Çunayev beynəlxalq reytinq cədvəlindəki liderliyini qoruydu

11.12.2015 | 2691 dəfə oxunub

Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni beynəlxalq reytinq siyasını açıqlayıb.

Stadium.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 Azərbaycan idmançısının adı daxil edilib. Birinci Avropa Oyunlarının və Las-Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdəki liderliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir pəhləvan isə Saman Təhmasibidir (85 kq). O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti (130 kq) reytinq siyahısında mövqeyini 1 pillə yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz bu dəfə ilk dördlükdə qərarlaşıb.

Bundan başqa, daha 4 Azərbaycan təmsilçisi də ilk onluqda yer alıb. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail