Moskva “Bakı-2015” Avropa Oyunlarının qaliblərini alqışlaydı

12.12.2015 | 2936 dəfə oxunub

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Manej” mərkəzi sərgi zalında Rusiya Olimpiya Komitəsinin və “Baltika” pivəbişirmə şirkətinin iştirakı ilə “Rusiya olimpiyaçıları balı – 2015” adlı təntənəli tədbir keçirilib. Bu ilin yayında Azərbaycan paytaxtında keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının qaliblərinin və mükafatçılarını şərəfinə təşkil edilmiş tədbir həm də Rusiya komandasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarına yola salınmasına həsr olunmuşdu.

Tədbirdə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov, RF Dövlət Dumasının sədri Yevgeni Narışkin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və digər yüksəkvəzifəli qonaqlar iştirak edib. Balda iştirak edən 1200-dən çox qonağın arasında “Bakı-2015” birinci Avropa Oyunlarının qalibləri və mükafatçıları, Rio-de-Janeyroda keçiriləcək Oyunlarda Rusiya Olimpiya komandasına namizədlər, olimpiya çempionları, tanınmış ictimai xadimlər, Rusiya Olimpiya Komitəsinin tərəfdaşları olan şirkətlərin rəhbərləri və başqaları vardı.

Bakıda keçirilmiş birinci Avropa Oyunlarının bütün qaliblərinə və mükafatçılarına idmançının adı həkk olunmuş döş nişanları təqdim edilib. Zərgərlik məmulatı olan bu nişanların dizaynında stilizə edilmiş Olimpiya məşəli və Bakıda keçirilmiş Avropa Oyunlarının rəmzi olan yetişmiş nar təsvir edilib. Bu narın “kral daşı” brilyantdan düzəldilmiş dənələri ali idman ustalığının rəmzidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail