Mini-futbol turnirinin qalibləri mükafatlandırıldı- FOTO

12.12.2015 | 2778 dəfə oxunub

Dekabrın 11-də Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Stadium.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaqdır.

On bir komandanın iştirak etdiyi yarışda Azərbaycan Kooperasiya Universitetinin kollektivi qalib adını qazanıb. Azərbaycan Turizm və Menecment Universiteti ikinci, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə üçüncü yeri tutub.

Turnirin mükafatlandırma mərasimindən əvvəl Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini, “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.

Qalib komanda diplom, fəxri fərman və medallar ilə təltif edilib. azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail