“Zenit"dən Karlo Ançelottiyə fantastik təklif

12.12.2015 | 2641 dəfə oxunub

Sonuncu dəfə “Real”ın “sükanı arxasında” olmuş Karlo Ançelottiyə yeni təklif var.

 

Stadium.az xəbər verir ki, italyan çalışdırıcının xidmətində maraqlı olan “Zenit”dir. “İzvestiya” qəzetinin yazdığına görə, Sankt-Peterburq klubu mövsümün sonunda müqaviləsi bitəcək Andre Villaş-Boaşla yeni anlaşma imzalamayacaq. Qəzetin iddiasına görə, “Zenit” rəhbərliyi artıq Ançelottiyə şərtlərini çatdırıb. Ruslar Ançelottiyə 2 illik müqavilə və illik 16 milyon avro təklif ediblər. Amma italyan çalışdırıcının “Zenit”in təklifini qəbul edəcəyi elə də inandırıcı görünmür. O, “Real”dan ayrıldıqdan sonra “Milan”, “Liverpul” kimi klublardan təklif almışdı. Lakin Ançelloti belindəki ağrılar üzündən bir il müddətinə futboldan kənar qalmaq istədiyini söyləmişdi. Baxmayaraq ki, ruslar ona yetərincə astronomik məbləğ təklif ediblər.

Hazırda illik 18 milyon avro qazancı olan Joze Mourinyo dünyanın ən ödənişli məşqçisi sayılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail