İdmançımız liderliyini davam etdirir

12.12.2015 | 2584 dəfə oxunub

Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.

Stadium.az xəbər verir ki ki, Azərbaycanın 13 sərbəst güləşçisi reytinq siyahısında yer alıb. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev (61 kq) “Qızıl Qran-pri” turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində birinciliyini qoruyub. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) “Qızıl Qran-pri” turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir Azərbaycan güləşçisi Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O, reytinqdə 3-cü yerdə qərarlaşıb.

Olimpiya çempionları Toğrul Əsgərov (65 kq) və Şərif Şərifov (97 kq) isə müvafiq olaraq bir pillə irəliləyiblər. “Qızıl Qran-pri” turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail