Bəhreynlilər Bakıda “Formula-1” yarışının təşkilatçıları ilə görüşəcək

13.12.2015 | 2144 dəfə oxunub

Bəhreyn Avtomobil Federasiyasının baş direktoru, Beynəlxalq Könüllülər və Hakimlər Komitəsinin üzvü Əbdüləziz əz-Zəvadinin başçılıq etdiyi nümayəndə heyəti “Formula-1” yarışının təşkilatçıları ilə koordinasiya görüşü keçirmək üçün dekabrın 13-də Bakıya gələcək.

Stadium.az Bəhreyn İnformasiya Agentliyinə (BNA) istinadla xəbər verir ki, nümayəndə heyətinə, həmçinin Marşallar Klubunun prezidenti Faiz Rəmzi, klubun üzvləri Sadiq Kəlaud, Casim İbrahim, Cavad Dirbas və Səud Suvar daxildir.

Bəhreyn nümayəndə heyəti Azərbaycanda Formula-1 yarışının təşkilatçıları ilə görüşəcək, ölkə tarixində ilk dəfə 2016-cı ilin iyun ayında keçiriləcək yarışa hazırlıq işləri ilə tanış olacaq, nəzəri-praktik mühazirələr keçirəcəklər. Formula-1 yarışlarının direktoru Çarli Vaytinqlə keçiriləcək əsas görüşdə Bəhreyn nümayəndələri tərəfindən yarışın təşkilat və iş planı təqdim olunacaq, komandanın təklifləri və trasa edilən dəyişikliklər nəzərdən keçiriləcək. Həmçinin nümayəndələr Vaytinqin müşayiəti ilə trasda gəzərək yarış yerini təftiş edəcək, müxtəlif yerləşmə və dayanma nöqtələri ilə bağlı bütün xüsusi dəyişikliklərə baxacaqlar.

Bu səfərlərdən məqsəd Azərbaycanda “Formula-1” yarışının təşkili layihəsinin əsaslarını müəyyənləşdirmək, təlim-məşq keçirmək və yarışların idarə olunması üçün əsas təşkilatçıların seçilməsi yollarını araşdırmaqdır. Həmçinin səfər proqramına yerli kadrlarla birlikdə layihənin idarə edilməsi, planlama işlərinin həyata keçirilməsi, Bəhreyn təcrübəsinin azərbaycanlı işçi qrupu ilə paylaşılması, yarış məkanının öyrənilməsi və digər məsələlərin müzakirəsi də daxildir.

Azərbaycanda Formula-1 yarışının təşkilatçılarından ibarət nümayəndə heyəti Yaxın Şərqdə avtoidmanın vətəni olan Bəhreynin beynəlxalq trasında noyabrın 20-21-də keçirilmiş “6 saatlıq dözümlülük” yarışının təşkilində iştirak edib. Azərbaycandan gəlmiş marşallar komandasının 27 üzvü yarışın bütün bölmələrini əhatə edən geniş təlimə qatılıblar. Digər nümayəndə heyəti isə aprel ayında “Formula-1” yarışının Bəhreyn Qran-prisinin təşkilində iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail