Avropa Qran-pri yarışlar: Küçələrdə təmir-tikinti işləri davam edir

14.12.2015 | 2674 dəfə oxunub

“Formula-1” üzrə Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri həyata keçirilir.

Stadium.az xəbər verir ki, dekabrın 14-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmiri üçün bir həftə müddətinə bağlanıb. Lakin Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.

Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir. Lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.

Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail