“Baku Fires”in boksçuları Rusiyada döyüşəcəklər

14.12.2015 | 2943 dəfə oxunub

Dekabrın 17-dən 20-dək Xantı-Mansiyskdə Sibirdə nefti kəşf edən azərbaycanlı Fərman Salmanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri keçiriləcək. Yarışda Azərbaycan boksçuları ilə yanaşı Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Türkmənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Ermənistandan 100-dən çox boksçunun iştirakı gözlənilir.

Stadium.az xəbər verir ki, turnirdə kişilər arasında 10, qadınlarda isə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Xantı-Mansiyskdə Azərbaycan milli komandasının heyətində “Baku Fires” klubunun 2 üzvü də mübarizə aparacaq. Turnirdə 60 kiloqram çəki dərəcəsində 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov və “Böyük İpək Yolu” turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç (69 kq) gücünü sınayacaq.

Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldur. Turnirə fəxri qonaq qismində peşəkar boks üzrə sabiq dünya çempionu Ruslan Provodnikov dəvət olunub.

Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail