KÖHNƏ MƏRƏZ: Cüdoda milliləşdirmə dalğası

14.12.2015 | 2761 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyası bu il bir çox uğursuzluqlarla qarşılaşsa da, strukturdakı dəyişiklik ilin sonuna yaxın vəziyyəti yaxşılaşdırdı. Ancaq cüdo üzrə milli komandaya yenidən təyin olunan Peter Zayzenbaxer idmançılarımızda ruh yüksəkliyi yaratsa da, bəzi boşluqların olduğunun fərqindədir.


Stadium.az xəbər verir ki, yığma komandamız hazırda ağır çəkidə problem yaşayır. Belə ki, yığmamız “+100 kq” çəki dərəcəsində idmançı baxımından qıtlıq yaşayır. Buna görə də Peter Zayzenbaxer komandaya həmin çəki dərəcəsində idmançı cəlb olunmasını təklif edib. Bu yaxınlarda maliyyə problemini həll etmiş qurum rəhbərliyi baş məşqçinin bu fikrinə müsbət yanaşır.

 Aldığımız məlumata görə, bu çəki dərəcəsinə idmançı ya Gürcüstandan, ya Türkiyədən, ya da baş məşqçinin vətənindən - Avstriyadan gətirilə bilər. Hətta

Zayzenbaxer milliyə cəlb etmək istədiyi cüdoçulardan bir neçəsini gözaltı edib.

Baş məşqçi yaxın zamanda hazırladığı namizədlər siyahısını rəhbərliyə təqdim edəcək və bunlar arasından seçiləcək idmançı və ya idmançılar milliyə cəlb ediləcək. 

Qeyd edək ki, cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Zədə üzündən bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığma komandamız bütün heyətlə toplanışda iştirak edir.

Milli komandanın baş məşqçisi Peter Zayzenbaxerin rəhbərliyi altında keçən təlim-məşq toplanışı dekabrın 22-dək davam edəcək.

Xatırladaq ki, cüdoçularımız bu yaxınlarda Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak ediblər və bu turnirlərin hər üçündə medallar qazanıblar. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail