"Azərbaycan cüdoçuları Rioda çıxış etməyə layiq olduqlarını göstərməlidirlər"

14.12.2015 | 2756 dəfə oxunub

Cüdo üzrə Azərbaycan yığması məşqçi Peter Zayzenbaxerin rəhbərliyi ilə ciddi uğurlar qazanıb. Onun komandaya başçılıq etdiyi aylar ərzində idmançılar “Böyük dəbilqə” və Qran-Pri turnirlərində fərqləniblər, Olimpiya təsnifatı üçün xallar qazanıblar. Avstriyalı mütəxəssis Milli Cüdo Federasiyasının saytına verdiyi müsahibədə komandanın aralıq nəticələri, Rioya hazırlıq və bir sıra başqa məsələlər barədə fikirlərini bölüşüb.


-Başa çatmaqda olan mövsümün son ayları komanda üçün gərgin olub. Nəzərdə tutulanları nə dərəcədə reallaşdıra bilmisiniz?

-Mən ilk növbədə qeyd etmək istərdim ki, yarış ilinin başa çatması barədə danışmaq daha düzgün olardı. Ona görə ki, bizim mövsüm dünya çempionatı ilə başlanır və olimpiada ilə başa çatır. Bu baxımdan indi yalnız ilin sonuncu reytinq startı barədə danışmaq olar. Üstəlik, bildiyiniz kimi, Tokioda “Böyük dəbilqə” turnirində bizim komandadan yalnız iki idmançı – 100 kq çəki dərəcəsində Elmar Qasımov və Elxan Məmmədov çıxış etdi.

-Son aylarda komanda çox çıxış edib, “Böyük dəbilqə” və Qran-Pri turnirlərində uğurlu mübarizəsi ilə fərqlənib. Yığmamızın bir növ Asiya turnesinə qısaca yekun vura bilərdinizmi?

-Yığmamız ən yaxşı nəticə göstərməyə çalışıb. Bəzi yarışlarda o, daha yaxşı təsir bağışlayıb, başqa turnirlərdə bəzi idmançılar ən yaxşı keyfiyyətlərini tam nümayiş etdirə bilməyiblər. Bunun da səbəbləri var, çünki idmançıların heç də hamısı ən yaxşı formada deyildi. Halbuki Qran-Pri və “Böyük dəbilqə” turnirlərində ən güclü idmançılar çıxış edirdi, bu şəraitdə medallar uğrunda mübarizə aparmaq heç də asan deyildi. Belə deyə bilərəm, komandamızın uğurlu günləri də olub, mübarizənin istədiyimiz səviyyədə keçmədiyi günlər də. Buna görə də daha sabit nəticələr əldə etməyə çalışmaq və səhvlərimizi düzəltmək lazımdır.

-Yəqin ki, idmançıların startlara təkcə fiziki baxımdan deyil, həm də psixoloji mənada hazır olması sizin üçün vacibdir. Fikrinizcə, bu aspektlərin hansı daha üstündür?

-Sözsüz ki, onların hər biri vacibdir. Bütövlükdə bu amillər idmançını formalaşdıran bazadır. Burada taktika da lazımdır, texnika da, psixologiya da. Biz bu istiqamətdə işləməliyik, çünki uşaqların hazırlıq dərəcəsi eyni deyil, indi onları, necə deyərlər, ümumi məxrəcə gətirmək lazımdır. Bundan əlavə, bu və ya digər atletin xüsusiyyətləri nəzərə alınmaqla fərdi hazırlıq da vacibdir.

-Siz ikinci dəfədir ki, Azərbaycan yığmasına rəhbərlik edirsiniz. İdmançıların potensialı və ölkədə cüdonun inkişafı barədə məlumatınız var. İndi komanda ilə işiniz nə dərəcədə asanlaşıb?

-Etiraf edirəm ki, vəziyyət mürəkkəbdir. Əslində mən yığmaya olimpiya dövrəsinin sonunda başçılıq etməyə başlamışam. İndi əsas prioritet 2016-cı il Olimpiya Oyunlarında yüksək nəticə göstərməkdir. Bütün startlar Rioya hazırlıq məqsədi güdür. Lakin nəzərdə tutulanların hamısını reallaşdırmaq üçün vaxt ehtiyatı nə qədər çox olsa, bir o qədər yaxşıdır.

-Yəqin ki, təsnifat mərhələsi başa çatandan sonra Olimpiya yığmasını formalaşdırmaq üçün çətin seçim etməli olacaqsınız. Axı 60 kq və 100 kq çəki dərəcələrinin hər birində Olimpiadada iştirak etmək iddiasında olan iki idmançı var.

-Mən seçim barədə fikirləşmirəm. Ona görə ki, Rioya getmək iddiasında olanlar təsnifat prosesində özlərini göstərməlidirlər. Sübut etməlidirlər ki, Olimpiadada Azərbaycanı təmsil etmək hüququna məhz onlar layiqdir. Namizədlərdən biri digərindən güclü olmalıdır. Ona görə də bu məsələnin həlli asandır. Namizədin kim olacağını deyə bilmərəm, bunu cüdoçuların inkişafı göstərəcək.

-Azərbaycan yığması 60, 66, 73 və 100 kq çəki dərəcələrində lisenziyaları faktiki olaraq təmin edib. Qalan çəki dərəcələrində vəziyyət necədir?

-81 kq, 90 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində vakansiya qazanmaq çətin olacaq, ona görə ki, oyunların finişi yaxınlaşır. Bu o deməkdir ki, irəlidə qalan startların sayı azdır. Lakin biz bu istiqamətdə işləyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail