“Şah və mat” layihəsinin ilk turu baş tutdu- FOTO

16.12.2015 | 2544 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə bu şəhərdə “Şah və mat” layihəsinin ilk turu keçirilib.


Stadium.az xəbər verir ki, layihənin məqsədi şahmata marağın artırılması və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında gənclərin maarifləndirməsidir.

Bununla əlaqədar keçirilən tədbirdə layihə rəhbəri Anar Qasımov yarışın xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunduğunu qeyd edib və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Olimpiya sistemi üzrə 34 iştirakçı arasında keçirilən və 4 saata yaxın davam edən gərgin mübarizədən sonra Sərxanlı Orxan I, Musayev Saleh II, Alişanov Süleyman isə III-yerə layiq görülüblər.

Sonda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail