"O, steroidlərin qəbulunu dayandırsa da, bu fayda vermədi"

17.12.2015 | 2481 dəfə oxunub

Tanınmış britaniyalı bodibildinqçi Den Uarmbi 2 ildir davam edən xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

Stadium.az xəbər verir ki, 39 yaşlı idmançı əzələlərini daha da böyütmək, daha atletik bir bədənə sahib olmaq üçün gündəlik idmanı ağırlaşdırıb. Bununla yetinməyən Den hər gün 10 min kalorilik yemək yeyib, 8 enerji tərkibli içkilər içib. Həmçinin o, zülal və karbonhidrat ehtiyacını ödəmək üçün, müxtəlif steroidlər və anabolik preparatlar da qəbul edib.

Bu vərdişlərinə iki il davam edən idmançı az qala “dağ kimi” olub, amma çöküşü inkişafından sürətli baş verib.

2 il sonra analiz verdiyi zaman xərçəng xəstəliyinə tutulduğunu öyrənən Den bir neçə ay ərzində bir dəri, bir sümük qalıb. Onun qaraciyərindəki xərçəng bütün bədəninə yayılıb. Bundan sonra o pəhriz saxlamağa, sağlam qidalanmağa başlasa da, artıq gec idi. Den Uarmbi dünyasını dəyişəndən sonra həyat yoldaşı Şarlotta Riqbi bu barədə belə açıqlama verib: "Denlə tanış olduğum zaman o, əzələli bir kişi idi. Əzələləri dəmir kimi idi. Ancaq sonralar öyrəndim ki, o, buna nail olmaq üçün müxtəlif dərmanlar qəbul edir. Mən çox çalışdım bunun qarşısını alım. Amma o mənə qulaq asmırdı.

Xəstələnəndən sonra o, steroidlərin qəbulunu dayandırsa da, bu fayda vermədi. Artıq gec idi...”

Cütlüyün bir qız övladı var idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail