Moldova Avropa çempionatına ev sahibliyi edəcək

17.12.2015 | 2445 dəfə oxunub

Moldova lk dəfə kiçik ölkələr arasında basketbol üzrə Avropa çempionatını qəbul edəcək.

Stadium.az xəbərt verir ki, kişilərdən ibarət yığmaların turnirinə ev sahibliyi etmək hüququ uğrunda beş ölkə mübarizə aparıb.

Avropa Basketbol Federasiyasının xüsusi komissiyasının üzvləri yekdilliklə Moldovanın namizədliyinə səs veriblər.

Moldova Basketbol Federasiyasının prezidenti Oktavian Vukol deyib: “Heç şübhəsiz, bu, Moldova basketbolunun, eləcə də bütövlükdə milli idmanın uğurudur. Bizim müraciətimiz ən inandırıcı oldu. Biz kiçik, lakin öyünə biləcəyi uğurları olan bir ölkədən - Moldovadan danışdıq”.

Kişineuda yeddi ölkənin – Azərbaycan, Andorra, Hibraltar, İslandiya, Kipr, Malta və San-Marino yığmaları mübarizə aparacaq. Püşkatma yanvarın 22-də Almaniyanın Frayzinq şəhərində keçiriləcək

Avropa çempionatının matçları iyul ayında Çoresku kommunasında, “Futzal-Arena”da oynanılacaq. Əvvəllər burada futzal üzrə dünya və Avropa çempionatları keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail