CEV kuboku: “Azəryol” dörddəbirə yüksəldi

17.12.2015 | 3004 dəfə oxunub

Dekabrın 16-da Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsində cavab oyununa çıxıb.

Stadium.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edib.

Türkiyəli baş hakim Cihat Fırıncıoğlunun idarə etdiyi oyunun ilk setində Finlandiya təmsilçisi 25:21 hesabı ilə üstün olub. “Azəryol” ikinci seti öz xeyrinə başa vurub – 25:10. Görüşün üçüncü setində “Salo” klubu hesabda önə çıxıb - 25:23. Dördüncü setdə “Azəryol” klubu hesabı yenidən bərabərləşdirib - 25:21. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib və “Azəryol” komandası 15:11 hesabı ilə qələbə qazanıb.

Beləliklə, görüş “Azəryol” klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. İki görüşün nəticəsinə görə, “Azəryol” klubu CEV kuboku yarışlarının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail