“Formula-1” Avropa Qran-prisinin biletləri bu gündən satışda

19.12.2015 | 2542 dəfə oxunub

Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri bu gündən – dekabrın 19-dan satışa çıxarılıb.

Stadium.az xəbər verir ki, biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkündür. Satışa 30 min bilet çıxarılıb. Biletlərin qiymətləri 19 manatdan başlayır. Azərbaycan vətəndaşları biletləri 40 faiz endirimlə ala biləcəklər.

Dənizkənarı Milli Parkda start verilən bilet satışı “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edir. “Son 6 ay” tədbirində paytaxt sakinləri üçün bayram ab-havası yaradılacaq. Bakı sakinləri və şəhərimizin qonaqları xüsusi quraşdırılmış simulyator oyunlarından istifadə edərək maraqlı vaxt keçirəcəklər. Həmçinin müsabiqələr təşkil olunacaq və tədbir konsert proqramı ilə davam edəcək. Sonda atəşfəşanlıq olacaq.

Yarışın təşkilatçı şirkəti olan “Bakı Şəhər Halqası”nın kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.

Bakı Qran-prisi gələnilki mövsümdə 4 şəhər trasından biri olacaq. Altı kilometr uzunluğundakı Bakı trasında bolidlər 20 döngədən keçərək 51 dövrə vuracaqlar. Dənizkənarı bulvar boyunca iki kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq. Bu da Avropa Qran-prisini digərlərindən fərqləndirir və yarışa marağı daha da artırır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail