Ölkəmizdə beynəlxalq boks turniri davam edir

20.12.2015 | 2500 dəfə oxunub

Azərbaycan boks məktəbinin banisi, Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar Məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnir davam edir.


Stadium.az xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda yarımfinal görüşləri keçirilir.

Yarışın üçüncü günündə 18 döyüş nəzərdə tutulub.

Yüngül çəki dərəcəsində artıq finalçılar müəyyənləşib. Belə ki, 49 kiloqram çəki dərəcəsində özbəkistanlı Otabek Xolmatov və Vasiliy Samçuk qələbə qazanaraq finala yüksəliblər. Turnirdə 52 kiloqram çəki dərəcəsində yarışan qazaxıstanlı Aydos Arapov və gürcüstanlı Otar Naveriani qızıl medal uğrunda görüşdə üz-üzə gələcəklər.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsraildən boksçular mübarizə aparırlar.

Beynəlxalq turnirdə hakim kimi ölkəmizi Əliağa Ramazanov, Emil Qurbanəliyev, Ceyhun Əbiyev, Anar Babanlı və Elxan Quliyev təmsil edirlər.

Yarışa dekabrın 20-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail