Sürpapaq oyunu üzrə yarışlarda finalçılar müəyyənləşdi

21.12.2015 | 2497 dəfə oxunub

Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışların beşinci günü maraqlı qarşılaşmalarla yadda qalıb.

Stadium.az xəbər verir ki, dekabrın 20-də əvvəlcə çövkən milli oyunu üzrə ¼ final qarşılaşmaları keçirilib. Oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Ağstafa-Balakən 2:1, Ağcabədi-“Köhlən” 1-0, “Polad”-Ağdam 3-1, “Sərhədçi”-Laçın 1-0.

Ağstafa, Ağcabədi, “Polad” və “Sərhədçi” komandaları yarımfinala vəsiqə qazanıblar. Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları dekabrın 22-23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Sürpapaq oyunu üzrə yarışın finalçılarının adları isə artıq məlumdur. Dekabrın 20-də keçirilən yarımfinal oyunlarında Balakən təmsilçiləri “Köhlən” komandasını 6-0, Laçın komandası isə Ağdam təmsilçilərini 1-0 hesabı ilə məğlub edib. Beləliklə, sürpapaq oyunu üzrə dekabrın 21-də keçiriləcək final oyununda Balakən və Laçın komandaları qarşılaşacaq.

Papaq oyunu üzrə yarışlar isə artıq başa çatıb. Bu oyun növündə Şəki komandası birinci olub. Sonrakı yerləri Qax və Oğuz komandaları tutublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail