Boks üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşdi

21.12.2015 | 2424 dəfə oxunub

Azərbaycan boks məktəbinin banisi, Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar Məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənc idmançıların beynəlxalq turnirinə yekun vurulub.


Stadium.az xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışın sonuncu günündə keçirilən final qarşılaşmalarında dörd boksçumuz qalib adı uğrunda mübarizə aparıb. Onlardan 60 kiloqram çəki dərəcəsində yarışan Sərxan Əliyev qazaxıstanlı rəqibi Nurbol Sultanbayı məğlub edərək turnirin qalibi olub. Pərviz Quliyev (69 kq) özbəkistanlı Uluqbek Sobirova uduzaraq gümüş medal ilə kifayətlənib. Digər boksçumuz Rasim Çobanlı (75 kq) da final görüşünü qələbə ilə başa vurub. O, Türkmənistan idmançısı Nuryağdı Nuryağdıyevi məğlub edib. Elbrus Əkbərov (81 kq) qazaxıstanlı Bekzat Nurdövlətova uduzaraq turniri ikinci pillədə başa vurub.

Digər final görüşlərinin nəticələrinə əsasən, fəxri kürsünün ən yüksək pilləsinə Otabek Xolmatov (46-49 kq, Özbəkistan), Aydos Arapov (52 kq, Qazaxıstan), Al Muhammed Mahmud (56 kq, Qazaxıstan), Ray Seytcanov (64 kq, Qazaxıstan), Şohruz Rəkimov (91 kq, Özbəkistan) və Giorgi Zurabiani (91 kq-dan yuxarı, Gürcüstan) qalxıblar.

Abbas Ağalarov Memorialının yekunlarına əsasən, komanda hesabında Qazaxıstan millisi birinci olub. Özbəkistan yığması ikinci, Azərbaycan boksçuları isə üçüncü nəticə göstəriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail