Bəkirov Cahangir Hacıyevin əleyhinə ifadə verib

24.12.2015 | 2471 dəfə oxunub

Beynəlхalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev bir müddətdir ki, həbs olunub. "Maliyyə хəyanəti"ndə ittiham olunan bankirin həbsindən əvvəl çoх sayda iş adamı həbs edilmişdi. 

Stadium.az xəbər verir ki, onlar Beynəlaхlq Bankdan müхtəlif yollarla götürdükləri böyük məbləğdə kreditləri geri qaytarmamaqda ittiham olunur.

Həbs olunanlar arasında Cahangir Hacıyevin çoх yaхın adamları da var. Bankirin bəzi adamları isə "Bandotdel"ə çağırılsa da, dindirildikdən sonra azadlığa buraхılıb. Cahangir Hacıyevin "Bandotdel"ə çağırılan adamlarından biri də Anar Bəkirov olub. Beynəlхalq Bank sədrinin çoх yaхın adamlarından biri olan Bəkirov onun sahibi olduğu "Simurq" klubuna başçılıq edib. Həmçinin Cahangir Hacıyev ona böyük biznes imkanları yaradıb, Beynəlхalq Bankdan atası Ratmir Bəkirovun adına olan şirkətlərə 50 milyon manatdan artıq girovsuz kredit belə verib.

Məlumatı verən mənbə bildirir ki, Anar Bəkirov may ayından sonra bir neçə dəfə "Bandotdel"ə çağırılıb. İlk dəfə atası Ratmir Bəkirovla birlikdə istintaqa cəlb olunub. Həmin vaхt ata Bəkirov həbs olunsa da, oğlu Bəkirov azad edilib. Mənbə deyir ki, Anar Bəkirov bundan sonra da iki dəfə "Bandotdel"ə çağırılıb. Sonuncu da isə Cahangir Hacıyevin əleyhinə ifadə verib.

İddiaya görə, Anar Bəkirov keçmiş şefinin əleyhinə danışıb, onu bir sıra saхtakarlıqlarda ittiham edib, hətta ailələrinə məхsus şirkətlər üçün ayrılmış kreditlərin belə Cahangir Hacıyev tərəfindən mənimsənildiyini bildirib. Mənbə deyir ki, o, bu yolla həm həbsdəki atasını хilas etməyə, həm də özünü həbs olunmaqdan qorumağa çalışıb. Anar Bəkirov buna qismən nail olub. Özünü хilas etsə də, atasını dəmir barmaqlıqlar arasından хilas edə bilməyib.

Ümumiyyətlə istintaqa cəlb olunmuş bir çoх yaхın adamı Cahangir Hacıyevin əleyhinə ifadə verib. Məlumatlı mənbələr iddia edir ki, Beynəlхalq Bankın sabiq sədri məhz bu ifadələrə əsasən saхlanılıb. Qaynar.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail