Tofiq Bəhramovun məşhur qərarı ilə bağlı layihə- VİDEO

24.12.2015 | 2805 dəfə oxunub

Britaniya telekanalı “Sky Sports” İngiltərə yığmasının 1966-cı ildə keçirilən dünya çempionatında qazandığı qələbə münasibətilə xüsusi layihə hazırlayıb.


Stadium.az xəbər verir ki, layihədə azərbaycanlı hakim Tofiq Bəhramovun məşhur qərarı da araşdırılacaq. Finalda İngiltərə AFR-a 4:2 hesabı ilə qalib gəlmiş, Tofiq Bəhramov isə əlavə vaxtın 11-ci dəqiqəsində ingilislərin hücumçusu Ceffri Herstin zərbəsindən sonra tirin aşağı hissəsinə dəyib meydana düşən topun qapı xəttini keçdiyini bildirmişdi. Qarşılaşmanın baş hakimi Qotfrid Dinst isə köməkçisi Bəhramovun qərarını əsas götürərək, qolu qeydə almışdı.

İndiyə qədər də bütün dünyada bu epizodla bağlı müzakirələr davam edir. Kimisi topun qapı xəttini keçdiyini iddia edir, bəziləri də bu fikirlə razılşamır.

“Sky Sports” hazırladığı yeni layihədə bu məsələyə birdəfəlik son qoyacaq. Layihənin yayımı 4 yanvarda baş tutacaq. Kanalın ekspertləri Ceymi Karragerlə Ed Çemberlen final qarşılaşmasının iştirakçılarından müsahibə alacaq və hakimin qərarını müzakirə edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail