Azad Rəhimov: "Dopinq məsələsinə görə 4 lisenziyanı itirməmişik"

25.12.2015 | 2935 dəfə oxunub

"2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ağırlıqqaldırma üzrə 4 lisenziya idmançlara yox, komandaya verilib. Dopinq məsələsinə görə biz lisenziyaları itirməmişik".

Stadium.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi ilə bağlı araşdırma aparılır: "Biz həmişə qeyd etmişik ki, nazirlik dopinqə qarşı yoxlamalar aparır. İlk dəfə bizdə Antidopinq Komitəsi yaradılıb. İstər "Bakı 2015" I Avropa Oyunları, istərsə də digər yarışlarda idmançılar testdən keçirilir. Biz də tələb edirik ki, gəlib bizdə testdən keçsinlər".

Dopinq-testdən keçə bilməyən idmançıların cəzalandırılmasına gəlincə, A.Rəhimov bildirib ki, buna Azərbaycan Ağır Atletika Federasiyası cavabdehdir: "Fakt təsdiqini tapsa, inanıram ki, burada günahkar kimdirsə - həkim, məşqçi və ya digəri cəzalanacaq".

Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranı - Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) orqanizmindən istifadəsi qadağan olumnmuş dərman preparatı tapılıb. report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail