"Qəbələ" İdman Klubundan 8 medal

25.12.2015 | 3155 dəfə oxunub

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib.

 

Stdium.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışda "Qəbələ" həm kişilər, həm də qadınların yarışında təmsil olunub. “Qəbələ” 28 cüdoçu ilə qatıldığı çempionatda 8 medal qazanıb. Bunlardan üçü kişilərin yarışına təsadüf edib. 60 kq çəki dərəcəsində Vüqar Şirinli, +100 kq çəki dərəcəsində Uşanqi Kokauri bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Cəlil Şükürov isə yalnız finalda uduzaraq, gümüş medala yiyələnib.

Qadınların mübarizəsində cüdoçular 5 mükafat əldə edib. Şəhanə Alməmmədova 57 kq çəki dərəcəsində hamıdan güclü olub. 48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı yalnız finalda uduzaraq, gümüş mükafata yiyələnib. Fəridə Qurbanova (63 kq), Nərminə Əlizadə və Lalə Gülbalayeva ( hər ikisi 70 kq) Azərbaycan çempionatını 3-cü pillədə başa vurublar.

Beləliklə, cüdoçular yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla yekunlaşdırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail