İlqar Rəhimov: "Prezident kimi nəticələrdən razıyam"

26.12.2015 | 3502 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) tərəfindən 2015-ci ilin yekunlarına dair iclas keçirilib.

Stadium.az xəbər verir ki, tədbirdə AMPK-nın prezidenti İlqar Rəhimov başa çatan ilin mühüm hadisələrindən danışıb. O deyib: “2015-ci il uğurlu oldu və mən AMPK-nın prezidenti kimi nəticələrdən razıyam. Azərbaycan paralimpiyaçıları bu il əla çıxış ediblər. Cüdoçularımızın uğurlarını xüsusilə qeyd etmək lazımdır. Onlar ilk Avropa oyunlarında bizi layiqincə təmsil ediblər. İlham Zəkiyev çempion oldu”.

AMPK-nın rəhbəri xatırladıb ki, komitə 19 olimpiya növdən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək Paralimiada-2020-yə idmanın daha 2 növü əlavə ediləcək. İ.Rəhimov deyib: “Rio-de-Janeyro Paralimpiadasında qızıl medal üzrə öz rekordumuzu təzələmək istəyirik. Londonda 4 qızıl medalımız olub. Rio-de-Janeyroda 5-6 qızıl medal qazanmaq niyyətindəyik. Gələn ilin fevral ayında AMPK-nın 20 illiyini qeyd edəcəyik. Bu illər ərzində paralimpiya hərəkatının inkişafını görmək fərəhləndiricidir”, - deyə A.Rəhimov qeyd edib.

Paralimpiyaçılar 2015-ci ildə 79 medal, o cümlədən 32 qızıl, 28 gümüş və 19 bürünc mükafat, habelə Paralimpiada-2016-ya 14 lisenziya qazanıblar. İdmançılarımızın 13 qızıl medal qazandığı atletikanı və ən yüksək əyarlı 9 qızıl medal qazandığı üzgüçülüyü xüsusilə qeyd etmək lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail