Avropa Qran-pri yarışlarının əyləncə zonası fəaliyyətini yekunlaşdırdı- FOTO

27.12.2015 | 3473 dəfə oxunub

“Formula-1” üzrə Avropa Qran-prisi yarışı ilə əlaqədar dekabrın 19-dan başlayan “Son 6 ay” tədbiri çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə zonası dekabrın 26-da fəaliyyətini başa çatdırıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən bildiriblər ki, “Formula-1” azarkeşlərinin böyük marağı, hər gün müxtəlif yaş qruplarını əhatə edən 100 minədək ziyarətçi sayı nəzərə alınaraq əyləncə məkanı dekabrın 27-dək açıq elan olunmuşdu. Lakin yarışın Əməliyyat Şirkəti şəhərin mərkəz hissəsində Yeni İl şənliklərinə hazırlıq işləri ilə bağlı proqramın bir gün tez yekunlaşdırılmasına qərar verib.

Əyləncə zonasında təşkil edilən simulyator oyunları, balacalar üçün rəngarəng əyləncə növləri, əsl “Formula-1” avtomobili və əfsanəvi pilotların muzey eksponatları ilə tanışlıq paytaxt sakinlərinin böyük marağına səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail