Ansi Aqolli: "Seçmə mərhələnin bütün oyunları həyəcanlı keçdi"

30.12.2015 | 4178 dəfə oxunub

"Bu il şəxsən mənim üçün yaxşı alındı. 2015-ci ili karyeramın ən uğurlu ili sayıram. "Qarabağ"la Azərbaycan çempionu oldum, ölkə kubokunu qazandım və ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynadım. Daha sonra Albaniya yığması ilə ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə etdim".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib.

"Avro-2016"nın seçmə mərhələsində keçirdikləri oyunlar haqda danışan 33 yaşlı futbolçu bunları bildirib: "Seçmə mərhələnin bütün oyunları həyəcanlı keçdi. Portuqaliya üzərindəki qələbə, Serbiya ilə oyun və Ermənistana qalibiyyət bizim üçün böyük stimul oldu. Ardından Danimarka ilə heç-heçə oynadıq və nəhayət səfərdə Ermənistana qalib gəlməklə "Avro-2016"nın final mərhələsinə vəsiqə qazandıq. Həmin oyundan sonrakı emosiyaları təsəvvür etmək mümkün deyil".

Aqolli həmçinin komandasının "Avro-2016"nın final mərhələsindəki şanslarını dəyərləndirib: "Qrupumuzda olan bütün yığmalar keyfiyyətli komandalardır. Onların bəziləri ilə daha öncə qarşılaşmışıq və bu səbəbdən rəqiblərimizi tanıyırıq. Ancaq istənilən halda Avropa çempionatında ilk dəfə oynayacağımız üçün bizə çətin olacaq. Bununla belə, mən komandaya inanıram. Əgər sakit qalaraq bütün diqqətimizi oyunlara kökləyə bilsək, əminəm ki, hər matçdan yaxşı nəticə ilə ayrılacağıq".

A qrupunda qərarlaşan Albaniya millisi Fransa, Rumıniya və İsveçrə yığmaları ilə mübarizə aparacaq.(qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail