Gənclər və idman naziri Zabit Səmədovla bağlı qərarını açıqlayıb

01.01.2016 | 3859 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov peşəkar kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, müxtəlif Qran-prilərin qalibi Zabit Səmədovu qəbul edəcək.

Stadium.AZ xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Z.Səmədovu qəbul etməsi xahişi ilə A.Rəhimova müraciət edib. Sadəcə, nazir rəsmi məzuniyyətdə olduğundan, görüşün yanvarın 12-dən sonra keçirilməsi planlaşdırılıb.

S.Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyinə və nazir Azad Rəhimovun adına Çeçenistandan Zabit Səmədovun bir neçə gün öncə iştirak etdiyi döyüşlə bağlı dəvət məktubu gəlməyib: "Ola bilsin, hansısa texniki səbəbdən, məktub çatmayıb. Amma təbii ki, onun uğuru bizi çox sevindirir. Səmədov Azərbaycan idmançısıdır və ölkəmiz adından döyüşür. Amma onun qatıldığı yarışlar sırf kommersiya xarakteri daşıdığından, biz bir dövlət qurumu olaraq, maliyyə dəstəyi göstərə bilmirik".

Zabit Səmədov Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən ona lazımi dəstəyin verilmədiyini açıqlayıb. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail