"Ötən il kikboksçularımız üçün uğurlu olub"

02.01.2016 | 3967 dəfə oxunub

Bu gün kikboksinq idman növü respublikada idman hərəkatına çevrilib.

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu Zaur Yusifov deyib.

“Kikboksinq qeyri-Olimpiya idman növləri içərisində öz populyarlığı ilə seçilir və hər bir kikboksçu Azərbaycanı qürurla dünya idman arenasında təmsil edir. Ötən il kikboksçularımız üçün uğurlu olub. Belə ki, İdmançılarımız yarışlarda Azərbaycanı uğurla təmsil edərək, qızıl medallar qazanıblar”,- deyə Zaur Yusifov bildirib.

Z.Yusifov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafı naminə görülən işlərin gənclərimiz arasında bu sahəyə kütləvi maraq yaratdığına diqqət çəkib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bu siyasətin fəal dəstəkçisi kimi federasiyada idmançılarımızın inkişafı üçün hər cür şərait yaradıb. Açılan yeni kikboksinq idman mərkəzləri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının tərkib hissəsidir. Məhz bu işlərin nəticəsidir ki, bu gün minlərlə kikboksçu ölkəmizin idman hərəkatında fəal iştirak edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail