Taekvondoçularımız “Rio-2016”ya lisenziya xarakterli təsnifat turnirinə qatılacaq

06.01.2016 | 5016 dəfə oxunub

Təlim-məşqlərə start verən taekvondoçularımız “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq.

Stadium.Az xəbər verir ki, yanvarın 13-də Türkiyənin İstanbul şəhərinə yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq.

Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir. Yarışda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyoung Choi-nin yetirmələrindən isə -49 kq cəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (-67 kq) Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, yanvarın 16-17-də keçiriləcək Avropa təsnifat turnirin finalında qarşılaşan idmançılar "Rio-2016"-ya vəsiqəni təmin etmiş olacaq.

Xatıradaq ki, yığma komandanın digər üzvü dünya və Avropa çempionu, I Avropa Oyunların qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə İstanbula yollanacaq yığma komanda yanvarın 18-də vətənə dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail