Cahangir Hacıyevi yenidən "Bandotdel"ə köçürüblər

07.01.2016 | 5794 dəfə oxunub

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri, "İnter"in keçmiş sahibi hazırda həbsdə olan Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.

Stadium.Az xəbər verir ki, bu barədə "Trend"ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, C.Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb: "Cahangir Hacıyev ötən il dekabrın 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib və hələ də orada saxlanılır. Məlumata görə, Cahangir Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq".

Sonuncu dəfə yanvarın 5-də C.Hacıyevlə görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraitindən və səhhətindən narazılığı yoxdur: " Dərmanları vaxtında alır. Lakin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülən gündən onun telefonla danışığına və azuqə qəbuluna qadağa qoyulub".

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail