Taekvondoçularımız məşqlərə başladılar- FOTO

07.01.2016 | 4546 dəfə oxunub

“Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirində iştirak etmək üçün İstanbula yollanacaq taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası təlim-məşqlərə start verib. Turnirdə 3 idmançı ilə təmsil olunacaq komandamız Braziliyada keçiriləcək Oyunlara növbəti lisenziyaları qazanmaq üçün mübarizə aparacaq.

Stadium.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq bazasında təşkil edilən hazırlıq yanvarın 11-12-dək davam edəcək.

Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandanın təlim–məşq toplanışında son dünya kubokunun ən yaxşı taekvondoçusu seçilən Milad Beigi Hərçəqanı (80 kq), yığdığı reytinq xalları sayəsində artıq “Rio-2016”ya vəsiqə əldə etmiş Radik İsayev (80 kq-dan yuxarı), eləcə də birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq), həmçinin Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bahrami və digər taekvondoçular iştirak edirlər.

“Rio-2016” Yay Olimpiya Oyunlarına qatılmaq üçün Türkiyədə keçiriləcək turnirdə mübarizə aparacaq qadın taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) isə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında məşqlərə başlayıblar.

Bu mühüm turnirə ciddi hazırlaşan taekvondoçularımızın məşqləri artıq intensivləşib. Bu yarışda milli komandanın üzvləri ölkəmizi uğurla təmsil etmək və qələbə qazanmağa iddialıdırlar.

Olimpiadada taekvondo yarışında 64-ü qadın və 64-ü isə kişi olmaqla ümumilikdə 128 taekvondoçu iştirak edəcək. Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.

Yanvarın 16-da Türkiyədə start götürəcək qitə təsnifat turnirində isə hər çəki dərəcəsi üzrə ilk iki yerin sahibi olan idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail