Gimnastarımızdan ötən il tarixi uğur

11.01.2016 | 5453 dəfə oxunub

157 – məhz bu rəqəm 2015-ci ildə gimnastlarımızın əldə etdiyi medal sayını ifadə edir.

Stadium.Az xəbər verir ki, keçən il olduğu kimi bu il də vətənimizə ən çox medalı bədii gimnastika təmsilçiləri gətirdilər.

Onlar 81 medal qazandılar. Daha sonra medal sayına görə kişi idman gimnastikası üzrə yığma komandamız 32 medal ilə, onların ardınca hesabında 15 medal olan akrobatlarımız, 11 medal ilə qadın idman gimnastikası üzrə komandamız, və, nəhayət, hər biri 9 medal olmaqla batut və aerobika gimnastikası təmsilçiləri gəlir. 

İl ərzində hamıdan çox medalı Marina Durunda qazandı (22). Hesabında cəmi 1 medal az olan Marinanın komanda yoldaşı Jalə Piriyeva 21 medal ilə və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci olan Oleq Stepko da eyni medal sayı ilə ili başa vurdular.

Şübhəsiz ki, idmançılarımız üçün ilin əsas yarışlarından biri Avropa Oyunları oldu. Oleq Stepko biri qızıl (parallel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi yadda qaldı. Daha bir medal isə o, komanda hesabında yoldaşları Eldar Səfərov və Petro Paxnyukla qazandı. Batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin bürünc, bədii gimnastika üzrə yarışların lentlə finalında isə Marina Durunda gümüş medal əldə etdi. Ümumiyyətlə, lent ötən il Marina üçün uğurlu oldu. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun “Fantaziya” kompozisiyasının sədaları altında lentlə Marina, həmçinin, Avropa Çempionatının  bürünc medalını qazandı.

Bu il bizim akrobatlarımız ilk dəfə olaraq Avropa Yaş Qrupları Yarışlarında medallar qazandı. Gümüş medalı kişi cütlüyünün tərkibində Seymur Cəfərov və Murad Əkpərov, bürünc medalı isə qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı - əldə etdilər.

Bəlkə də, ilin ən əhəmiyyətli medalını idman gimnastikası üzrə Dünya Çempionatında Oleq Stepko qazandı. Müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq, o, parallel qollarda bürünc medal əldə etdi.

2015-ci il, həmçinin, gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə yadda qaldı. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişaf etdirilməsi ilə bağlı planı yerinə yetirmiş oldu. Artıq ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 gimnastika növü inkişaf etməkdədir.

Bədii gimnastika üzrə Avropa Çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə ölkə Prezidenti cənab İlham Əliyev şəxsən mənzil təqdim etdi.  İlin yekunlarına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gimnastika Federasiyası ən yaxşı federasiya, Milli Gimnastika Arenası isə ilin ən yaxşı arenası adına layiq görüldü.

Federasiyanın 24 dekabr tarixində keçirilmiş 6-cı Ümumi Yığıncağında Mehriban xanım Əliyeva yenidən prezindent seçildi. Səsvermənin nəticələrinə əsasən Altay Həsənov öz fəaliyyətini federasiyanın vitse-prezidenti, Rauf Əliyev və Rafiq Beybutov isə İcra komitəsinin üzvləri olaraq davam etdirəcəklər. İcra Komitəsinin yeni üzvü isə Mariana Vasileva seçildi.

İlə isə elə həmin Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların idmançı və məşqçilərinin ifasında “Yeni İl Yuxusu” adlı möhtəşəm şou yekun vurdu.

2016-cı il isə heç də asan olmağa söz vermir. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa və Dünya Çempionatları və ən əsası Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepko artıq bu Oyunlara lisenziyanın sahibidirlər. Əlavə lisenziyaları əldə etmək şansı isə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandamıza, və hər birində 1 idmançı olmaqla, kişi və qadın idman gimnastikası təmsilçilərimizə məxsusdur.

Bu il Bakıda 3 Dünya Kuboku mərhələləri keçiriləcəkdir – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda, və, nəhayət, iyul ayında bədii gimnastika üzrə yarışlar baş tutacaq.

2016-cı ildə idmançılarımızın uğurlu çıxışlarına ümid edir və inanırıq!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail