"Klub rəhbərliyinin dediklərindən sonra Lənkəranda qalmaq daha yaxşı oldu"

11.01.2016 | 6091 dəfə oxunub

“İnter”ə icarəyə gedəcəyimlə bağlı yazılanlar həqiqətə uyğun deyil. Hazırkı klubumda qalmaq fikrindəyəm”. Stadium.Az xəbər verir ki, bunu açıqlamasında “İnter”də icarə əsasında çıxış edəcəyi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirərkən “Xəzər Lənkəran”ın gənc hücumçusu Elnur Cəfərov deyib.

O, yayılan xəbərləri təkzib edib: “Əslində “İnter”dən təklif var idi. “Xəzər Lənkəran” rəhbərliyi getməyimə icazə vermədi. Dedilər ki, hər şey dəyişəcək. Vəziyyət daha yaxşı olacaq. Bu səbəbdən də heç Bakı klubu ilə danışa bilmədim. Əvvəlcə özüm də getmək istəyirdim. Çünki irəli getmək üçün iddialı komandada oynamalısan. İndiki vəziyyətdə “Xəzər Lənkəran” iddialı deyildi. Amma klub rəhbərliyinin dediklərindən sonra Lənkəranda qalmaq daha yaxşı oldu. Əgər komanda normal vəziyyətdə olacaqsa, niyə doğma klubumdan gedim ki? Hələ ki, burdayam. “Xəzər Lənkəran”la 2 illik müqaviləm var”.

Cəfərov vəziyyətin normal olacağı halda “Xəzər Lənkəran”ı yalnız xarici klublardan birinə dəyişəcəyini sözlərinə əlavə edib: “Klub rəhbərliyinin dediyi kimi olsa, “Xəzər Lənkəran”ı yalnız xarici klublardan birinə dəyişərəm. Legioner həyatı yaşamaq istəyirəm. Yalnız bundan sonra gəlib Azərbaycanda başqa komandada oynaya bilərəm. İddialılardan birinin şərəfini qoruya bilərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail