Zaur Svanadze: ""Kamran Ağayev və Vüqar Nadirov komandaya normal qoşulublar"

16.01.2016 | 3186 dəfə oxunub

"Bu, bizim ikinci oyunumuz idi. İki matçımızı iki gün öncə keçirdiyimizdən, futbolçularda yorğunluq hiss olunurdu". 

Stadium.Az xəbər verir ki, bunu Almaniya "Verder"i ilə (0:1) keçirilmiş yoxlama görüşündən sonra Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze klub televiziyasına açıqlamasında deyib.

Gürcüstanlı mütəxəssisin fikrincə, minimal hesablı məğlubiyyətə rəğmən, komandası normal çıxış edib. Hazırlıqlarını davam etdirəcəklərini və çatışmazlıqlar üzərində işləyəcəklərini bildirən Z.Svanadze yeni transferlərdən də danışıb:

"Kamran Ağayev və Vüqar Nadirov komandaya normal qoşulublar. Qara Qarayev isə gəncdir, məncə, yaxşı perspektivi var. Onu ikinci oyundur ki, meydana buraxırıq. Hələlik Qarayevdən razıyam. Bundan başqa, heyətdə yeni futbolçuların olacağı gözlənilir. Məndə olan məlumata görə, bu istiqamətdə iş gedir. Gözləyirik".

58 yaşlı baş məşqçi toplanışın zədəsiz ötüşmədiyini də əlavə edib:

"Toplanış normal məcrada davam edir. Təəssüf ki, həmişəki kimi, zədəsiz ötüşmür. Mirhüseyn Seyidov və Mirsahib Abbasov zədələnib. Rauf Əliyev isə müalicə kursu keçir". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail