"İntihar klubu". Həyatına özləri son qoyan futbolçular

19.01.2016 | 3777 dəfə oxunub

Yanvarın 13-də Kolumbiya millisinin keçmiş qapıçısı Farid Mondraqon intihar etmək qərarına gəldi və böyük dozada sakitləşdirici preparat qəbul etdi. Onun həyatı Kali şəhərində yerləşən xəstəxanada xilas edildi. Amma 44 yaşlı qolkiper "həyatından bezən" ilk futbol adamı deyil. 

Stadium.Az analoji addımı atan bəzi futbolçuları təqdim edir.

Deyl Roberts. İngiltərənin perpektivli qapıçılarından hesab olunurdu. Roberts karyerasını "Sunderland"də başlamış, daha sonra "Middlesbrough", "Nottingham Forest" və "Ipswich Town"da çıxış etmişdi. Lakin şəxsüi həyatında olan problemlər gənc qapıçının tamamilə futbola yönəlməsində problemlər yaradırdı. Deylin səbrini daşıran isə nişnalısı Lindi Kounun komanda yoldaşı Pol Terri ilə münasibət qurması oldu. "Nişanlım mənə dedi ki, Polla vaxt keçirirmiş. Baş verənləri beynimdən keçirmək istədim, fikirlərim qarışdı. O, həyatımın sevgisi idi. Onun belə etməis çox pisdir. Bu işi komanda yoldaşımın təşkil etməsini qaldırmaq, xüsusilə çətindir" - Roberts qeyd etmişdi. Polun qardaşı Con Terri də oxşar hadisə ilə gündəmə gəlmişdi. Deyl Roberts 2010-cu il dekabrın 10-də intihar etmişdi.

Castin Faşanu. Castinus Soni kimi tanıan İngiltərə futbolunda kifayət qədər məşhur bir isim olub. Faşanu 1981-ci ildə "Nottingham Forest"ə transfer olunan zaman qiyməti 1 milyon funtdan çox olan ilk qaradərili futbolçu kimi tarixə düşmüşdü. 1990-cı ildə forvard gey olduğunu bildirdi və bunu etiraf edən ilk futbolçu oldu. Bundan sonra karyerasında eniş baş verən Faşanu komanda yoldaşları, məşqçisi və "sarı mətbuat" tərəfindən təzyiqlərə görə 37 yaşında (1998-ci il) həyatına qəsd etdi. 2010-cu ildə Castinin qardaşı qızı Amal Faşanu idmanda homofobiya ilə mübarizə kampaniyasına başladı.


Li Gyun Xvan. 2010-cu ildə Cənubi Koreya futbolunda baş qaldıran qalmaqal insan həyatının itirilməsi ilə nəticələndi. Yerli futbol federasiyası 57 nəfərə qarşı oyun nəticələrini əvvəlcədən müəyyənləşdirmək üzrə ittiham irəli sürdü. Bunlar 46-sı sabiq və hazırki futbolçular, 11-i cinayətkar qrup və bukmeyker kontorlarının üzvü idi. "Daejeon Citizen" klubunda forma geyən Li Hyun Hvan da danışılmış oyunlarda iştirakına görə ömürlük futboldan uzaqlaşdırlmışdı və 3 il şərti həbs cəzası aldı. Buna davam gətirməyən 24 yaşlı yarımmüdafiəçi İnçyon şəhərindəki evinin üstündn özünü aşağı atmışdı. Hvandan əvvəl isə digər futbolçu - Çjon Çon Kvan evində özünü asmışdı.

Anders Birmann. "Saint Pauli"nin futbolçusu uzunmüddətli depressiya ilə bacara bilmədi. Həmkarı Robert Enkenin ölümündən sonra Birmann eyni problemləri yaşadığını qeyd etmiş və "Depressiyanın qırmızı vərəqəsi" adlı kitabın üzərində işləməyə başlamışdı. Bu kitab Almaniyada maraqla qarşılanmışdı. 1980-ci il təvəllüdlü qolkiper depressiya ilə mübarizə aparmaqda acizlik göstərərək 3 uğursuz intihar cəhdi etmişdi. 2014-cü ilin dekabrında isə istəyinə çatdı.

Qari Spid. 2011-ci ildə futbol dünyasının səs-küylü hadisələrindən biri Uels millisinin keçmiş futbolçusunun özünü asması idi. Həmin ilin noyabrında keçmiş futbolçu öz evində ölü vəziyyətdə tapılmışdı. Müəyyən olundu ki, intihara səbəb onun həyat yoldaşı ilə mübahisəsi olub. Spidin həyat yoldaşını təsirləndirmək üçün televizor kabelini boğazına salıb nədrivana çıxdığı və uzun müddət gözlədiyi üçün yuxulayıb müvazinətini itirməsi alternativ variant kimi nəzərdən keçirildi. İstənilən halda, "Leeds", "Everton", "Newcastle United"in eks futbolçusunun ölümü üzrə cinayət işi hələ bağlanmayıb.

Robert Enke. Almaniya millisinin və "Hannover"in sabiq qapıçısı Robert Enkenin intiharı da kifayət qədər rezonans yaratmışdı. 2009-cu ildə özünü qatarın altına atan Enke psixiki pozğunluqdan əziyyət çəkirdi. Onun həyat yoldaşı Terezanın sözlərinə görə, qapıçı qızlığa götürdüyü uşağın psixikasına görə ondan alınacağındn qorxurmuş. Enke və Tereza bioloji qızlarını 2006-cı ildə ürək xəstəliyindən itirmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail