Güləş millimiz hazırlıqları davam etdirir

21.01.2016 | 2249 dəfə oxunub

Güləş üzrə ölkə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. 

Stadium.Az xəbər verir ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar qarşıdan gələn Avropa çempionatına və beynəlxalq yarışlara hazırlıq planı üzrə məşqlərini Olimpiya Güləş Mərkəzində davam etdirir.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri yanvarın 18-dən təlim-məşq toplanışına başlayıb, məqşlər yanvarın 27-dək davam edəcək. Yığma komandanın 27 üzvü məşqlərdə iştirak edir. Təlim-məşq toplanışının ardından pəhləvanlarımızın Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakı gözlənilir.

Sərbəst güləş üzrə yığma komandamız isə yanvarın 20-dən toplanışdadır. Yığma komandanın 24 üzvü iştirak etdiyi təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Sərbəst güləşçilərimiz təlim-məşq toplantısının ardından Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Böyüklər arasında Avropa çempionatı 8-13 mart tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək. Məlumat üçün bildirək ki, Avropa çempionatı bu ilin avqustunda Braziliyanın Rio de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə vermir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail