Kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb

23.01.2016 | 2686 dəfə oxunub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər və kişilər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edən birincilikdə 70-ə yaxın idmançı mübarizə aparıb.

İdmançılar 10 çəki dərəcəsində rinqə çıxıblar. Gənclərin mübarizəsində idmançılar 45, 51, 54, 57 və 67 kiloqram, kişilərin mübarizəsində isə 60, 65, 71, 75 və 81 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda daha çox 60 və 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların döyüşləri maraq doğurub. Belə ki, 60 kiloqram çəki dərəcəsində dünya çempionu Nail Hüseynov Mərdan Muradovu məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 65 kiloqram çəki dərəcəsində isə tamaşaçılar nokautun şahidi olublar. Avropa birinciliyinin qalibi Ruslan Musayev bir neçə beynəlxalq turnirin birincisi olan Samiq Seyidzadə ilə üz-üzə gəlib. S.Seyidzadənin ikinci raunddakı qüvvətli zərbəsi rəqibin nokautu ilə yekunlaşıb.

Kişilərin mübarizəsində digər çəki dərəcələrində Sarvan İsayev (71 kiloqram), İbrahim İbrahimli (75 kiloqram) və Mais Quliyev (85 kiloqram) birinciliyin qalibi olublar.

Gənclərin final görüşlərində isə Sənan Əliyev (45 kiloqram), Sahil Cəfərov (51 kiloqram), Rauf Həsənov (54 kiloqram), Murad Hüseynov (57 kiloqram) və Əbülfəz Əliyev (67 kiloqram) rinqi qalib tərk edərək birinciliyin baş mükafatını qazanıblar.

Sonda hər çəki dərəcəsində ilk 3 pilləni tutan idmançılara diplom və medal təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail